Kafedə qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb


Digərləri 05 Sen 2018 17:32:00 240 0

Kafedə qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Şabran şəhər sakinləri Rövşən Qasımov, Qəşəm Məmmədov, Fəyyaz Qasımov və Mehman Dünyamalıyevin “qida zəhərlənməsi” diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Bakı. Samir Əli - Şabran şəhər sakinləri Rövşən Qasımov, Qəşəm Məmmədov, Fəyyaz Qasımov və Mehman Dünyamalıyevin “qida zəhərlənməsi” diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər sentyabrın 2-də Şabran şəhəri ərazisində fəaliyyət göstərən “Gilavar” kafesində özləri ilə gətirdikləri şəhər sakini Fuad Məcidova məxsus ərzaq mağazasından alınmış hisə verilmiş balığı yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ərzaq mağazasından hisə verilmiş balıq nümunələri götürülərək laborator müayinəsinə göndərilib.