"Neft Daşları"nda iş yoldaşını qətlə yetirən şəxsə


Digərləri 05 Sen 2018 17:20:00 259 0

"Neft Daşları"nda iş yoldaşını qətlə yetirən şəxsə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əsgərov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il "Neft Daşları"nda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində, bölmənin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında mübahisə baş verib.