Bakı meriyasının maşını 600 manata satılır


Digərləri 05 Sen 2018 16:19:00 239 0

Bakı meriyasının maşını 600 manata satılır

Bir sıra dövlət qurumlarının balanslarındakı nəqliyyat vasitələri satışa çıxarılıb. 

Son.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən oxu.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin, Azərbaycan Respublikasnın Mərkəzi Bankının, eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı avtomobillər hərrac yolu ilə satışa çıxarılıb. 

Hərracda ən ucuz avtomobil  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsusdur. Buraxılış ili 1994-cü ilə aid "QAZ-31029" markalı avronəqliyyat vasitəsidir. Avtomobilin dəyəri 600 manat təşkil edir. 

Mərkəzi Bankın balansındakı "Hyundai Sonata" avtomobilinin hərracdakı satış qiyməti 2350 manat, "Mercedes Benz  Sprinter 314" markalı avtomobil 7500 manatdır.