Ajax Nereslə müqavilə təzələdi


İdman 05 Sen 2018 16:04:00 282 0

Ajax Nereslə müqavilə təzələdi

Yay transfer pəncərəsində bir sıra Avropa klublarının transfer etmək istədiyi Ayax-ın gənc futbolçusu David Neresin gələcək taleyi bəlli olub. Goal.az xəbər verir ki, 21 yaşlı futbolçu növbəti 4 ildə də Hollandiya təmsilçisinin şərəfini qoruyacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu son mövsümdə Ajax-ın heyətində 37 qarşılaşmada iştirak edib. Gənc vinger bu oyunlarda 14 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. Nereslə Arsenal, Manchester United, Roma, Borussia (Dortmund) kimi klublar maraqlanırdı.