Real-ın sabiq futbolçusu Misir millisində


İdman 05 Sen 2018 15:42:00 228 0

Real-ın sabiq futbolçusu Misir millisində

Real-ın keçmiş futbolçusu Miçel Salqado yenidən futbola qayıdıb. Goal.az xəbər verir ki, ispaniyalı futbolçu Misir yığmasının yeni baş məşqçisi Xavyer Aqirrenin köməkçisi təyin olunub. Bu barədə milli komandanın rəsmi “tvitter” hesabından məlumat verilib. Karyerası ərzində Celta, Real kimi klublarda forma geyinən Salqado, İspaniya millisi ilə 53 oyunda iştirak edib.

Misir Futbol Federasiyası DÇ-2018-dəki uğursuz çıxışdan sonra baş məşqçi Hektor Kuperlə yollarını ayırmışdı və komandanın “sükanı arxasına” meksikalı Xavyer Aqirre gətirilmişdi.