Türkiyəyə səfər edən İsrail turistlərinin sayı artıb


Digərləri 05 Sen 2018 15:34:00 201 0

Türkiyəyə səfər edən İsrail turistlərinin sayı artıb

2018-ci ilin iyulunda Türkiyəyə 54 993 İsrail turisti səfər edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 7,88 faiz çoxdur

Bakı. Rufiz Hafizoğlu – 2018-ci ilin iyulunda Türkiyəyə 54 993 İsrail turisti səfər edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 7,88 faiz çoxdur. Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər. İyul ayında Türkiyəyə gələn xarici turistlər arasında israilli turistlərin payı 0,97 faiz təşkil edib.