Tənha çoban qızın toyu oldu FOTO


Digərləri 05 Sen 2018 15:16:00 651 0

Tənha çoban qızın toyu oldu  FOTO

Britaniyada "Tənha çoban qız" kimi tanınan 32 yaşlı Emma Qreyin toyu olub. O, 40 yaşlı yanğınsöndürən Evan İrvaynla ailə qurub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Emma Qrey 9 il əvvəl, 23 yaşı olanda məşhurlaşmışdı.

Şotlandiyanın Roksburqşir qraflığındakı Houkik səmtində, mərhum atasından qalma fermada yaşayan Qrey tam tənha olduğunu, qoyun otarmaqdan həzz aldığını demişdi.

Daha sonra o, "Bir qız və onun iti" (One Girl and Her Dog) adlı kitab yazaraq daha da populyarlaşmışdı.


Xəbərə aid fotolar