Yaponiyalı cüdoçu: Bakıda ardıcıl ikinci titulumu qazanmaq istəyirəm


Digərləri 05 Sen 2018 15:15:00 267 0

Yaponiyalı cüdoçu: Bakıda ardıcıl ikinci titulumu qazanmaq istəyirəm

Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci titulumu qazanmaq istəyirəm.

Bakı. Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci titulumu qazanmaq istəyirəm. Trend-in məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına müsahibəsində Yaponiya yığmasının üzvü Soiçi Haşimoto sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatındakı hədəfi barədə danışarkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında qızıl medal qazanan 27 yaşlı cüdoçu bildirib ki, bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. 73 kq çəki dərəcəsindəki son dünya çempionu hər bir turnirdən həzz almağa çalışdığını söyləyib: