Skripalın zəhərlənməsi ilə bağlı şübhəlilərin adı açıqlandı


Dünya 05 Sen 2018 14:46:38 306 0

Skripalın zəhərlənməsi ilə bağlı şübhəlilərin adı açıqlandı

Böyük Britaniya hüquq-mühafizə orqanları rusiyalı keçmiş kəşfiyyat zabiti Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı şübhəlilərin adını açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin hadisə ilə əlaqədar olaraq iki Rusiya vətəndaşı Aleksandr Petrov və Ruslan Boşirov barəsində həbs əmri verilib.

Britaniya polisi həmin şəxslərin həbs olunması üçün kifayət qədər dəlillərin əldə olunduğunu bildirib.