Gəlinliklərdə dekolteyə görə vergi tətbiq oluna bilər


Dünya 05 Sen 2018 14:31:00 242 0

Gəlinliklərdə dekolteyə görə vergi tətbiq oluna bilər

İtaliyanın şimal-şərqindəki Mestre şəhərində rahiblərdən biri yeni vergi növü təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, rahib Kristiano Bobbo kilsədə nikah zamanı gəlinlərin geyimindəki dekoltenin səviyyəsinə görə vergi tətbiq olunmasını təklif edib.

Rahib bildirib ki, son zamanlar qadınlar öz gəlinliklərində bu və ya digər personajları təqlid etməyə çalışır. Rahib əlavə edib ki, onun təklifi zarafat xarakteri daşısa da, dərin mənaya malikdir.