7 minlik ziyarətdən dönənlər Bakıda VİDEO FOTO


Digərləri 05 Sen 2018 14:26:00 267 0

7 minlik ziyarətdən dönənlər Bakıda  VİDEO  FOTO

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların son qrupları Bakıya qayıdıblar.

Onları Heydər Əliyev aeroportunda yaxınları qarşılayıblar. Hacılar səhhətlərinin yaxşı olduğunu, ziyarət zamanı ciddi çətinliklə qarşılaşmadıqlarını bildiriblər. 

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.


Xəbərə aid fotolar