Şoubiznesin döyməsi olan məşhurları


Şou-biznes 05 Sen 2018 14:13:00 622 0

Şoubiznesin döyməsi olan məşhurları

Yerli şou-biznesin xanımları bəzən sənəti ilə yanaşı başqa xüsusiyyətləri ilə də gündəmə gəlir. 

Son.az axşam.az-a istinadən bu dəfə döyməsi olan məşhur xanımlarımızın siyahısını təqdim edir.

Müğənni Günel Ələkbərova bu yaxınlardan çiyninə tülkü şəkli çəkdirib. O döyməsinin fotosunu İnstaqram hesabında paylaşıb. 

Aktrisa Pərvin Abıyeva sinəsinə tatu çəkdirib. Qeyd edək ki, aktrisa bundan əvvəl çiyninə döymə etdirmişdi.

Xalq artisti Aygün Kazımovanın qolunda artıq bir neçə ildir ay və günəş simvolları var. Müğənni bir müddət əvvəl sağ qolunda olan ay və gün şəkillərini boyatdırıb. O, günəşi sarı, ayı isə mavi rəng etdirib.

Müğənni Səidə Sultanın da çiynində döymə var. Sənətçi bunu heç sevmədiyini, bir çəkiliş zamanı aldadıb ona etdiklərini söyləyib.

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan keçmiş müğənni Safurə Əliyeva qoluna həyat yoldaşının adını yazdırıb.


Xəbərə aid fotolar