BSU-nun professoru beynəlxalq konfransda çıxış edəcək


Digərləri 05 Sen 2018 13:47:00 211 0

BSU-nun professoru beynəlxalq konfransda çıxış edəcək

Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov sentyabrın 6-dan 9-dək Moskvada Bədii ədəbiyyat tərcüməçilərinin V beynəlxalq konfransında iştirak edəcək.

Bakı. Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov sentyabrın 6-dan 9-dək Moskvada Bədii ədəbiyyat tərcüməçilərinin V beynəlxalq konfransında iştirak edəcək. BSU-dan Trend-ə verilən məlumata görə, konfrans “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında keçiriləcək. Konfransın məqsədi, məramı, qarşısına qoyduğu vəzifələr barədə barədə suallarla R.Novruzova müraciət etdik. O, konfransın fəaliyyəti, iş prinsipləri barədə aşağıdakıları bildirdi: - Ədəbiyyat tərcüməçilərinin Moskvada keçirilən beynəlxalq konfransı ilk dəfə 2010-cu ilin sentyabrında təşkil olunub. Həmin konfransda 20 ölkədən 150 tərcüməçi iştirak edib. O vaxtdan başlayaraq hər iki ildən bir konfrans dünya tərcüməçilərini bir yerə yığır və bədii tərcümənin ən aktual problemlərini müzakirə edir. Bu günlərdə baş tutacaq V konfransla I konfrans arasında kəmiyyət və keyfiyyət baxımından çox böyük dəyişikliklər baş verib. İlk növbədə onu deyim ki, konfransa cəlb olunan ölkələrin sayı üç dəfə artaraq 20-dən 60-a çatıb. Mövzular daha ciddi problemləri əhatə etməyə başlayıb. Proqramla tanışlıq göstərir ki, bu dəfə tərcümənin heç bir nəzəri aspekti diqqətdən kənarda qalmayıb. - Proqramda daha nələr nəzərdə tutulub? - Konfransın birinci günü 31-ci beynəlxalq kitab sərgisi çərçivəsində A.S.Puşkin adına kitabxanada Moskva meri ilə görüş olacaq. Bundan əlavə, konfrans müddətində məşhur müasir rus yazıçıları Oleq Pavlov, Kseniya Draqinskaya, Aleksey Salnikov, Lev Danilski, Aleksandr Arxangelski və digərləri ilə görüşlər planlaşdırılır.