Füzuli sakini 4 gündür yoxa çıxıb


Digərləri 05 Sen 2018 13:32:00 243 0

Füzuli sakini 4 gündür yoxa çıxıb

Füzuli rayon sakini itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Füzuli rayonu, Mollaməhərrəmli kənd sakini 1976-cı il təvəllüdlü İbrahimov Cəlal Kamil oğlu 4 gündür itkin düşüb.

İtkin düşmüş şəxsin yaxınları bildiriblər ki, artıq polisə müraciət ediblər. Axtarışlar davam edir.

Qeyd edək ki, C.İbrahimovun heç bir xəstəliyi olmayıb.