Gəncədə dəhşət: ər arvadını məhkəmə qarşısında qətlə yetirdi


Digərləri 05 Sen 2018 13:34:00 204 0

Gəncədə dəhşət: ər arvadını məhkəmə qarşısında qətlə yetirdi

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb. 

Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.  Onların bir azyaşlı övladı var idi.