XİN başçısı: "Yaponiya Azərbaycanı mühüm enerji oyunçusu hesab edir"


Siyasət 05 Sen 2018 13:13:24 314 0

XİN başçısı: "Yaponiya Azərbaycanı mühüm enerji oyunçusu hesab edir"

Azərbaycan və Yaponiya tələbələr üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamağa qərar verib

"Yaponiya Azərbaycanı Avropanı Asiya ilə birləşdirən vacib ölkə, eləcə də mühüm enerji oyunçusu hesab edir".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekununda deyib.

Yaponiya XİN başçısı bildirib ki, Azərbaycanla münasibətlər yüksək səviyyədədir: "RəsmiTokio həmçinin Yaponiyanın regionda biznes mühitinin inkişafı və yaxşılaşdırılmasına yardfım edəcəyi "Qafqaz təşəbbüsü" proqramını təklif edib".

T.Kononun sözlərinə görə, Yaponiya və Azərbaycan həmçinin bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, o cümlədən tələbələr üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq qərara alınıb.