“Yenidən xəstəxanaya yerləşdiriləcəm”


Şou-biznes 05 Sen 2018 13:02:11 216 0

“Yenidən xəstəxanaya yerləşdiriləcəm”

Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək.

Son.az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir:

"İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. Müalicə olunmalıyam. Get-gedə sağalıram".