Türkiyə Rusiya və İrandan bu torpaqları İSTƏDİ


Dünya 05 Sen 2018 12:51:00 204 0

Türkiyə Rusiya və İrandan bu torpaqları İSTƏDİ

Aylardır gündəmdə olan İdlib əməliyyatı başladı. Rusiya qırıcıları 2 gün əvvəl İdlibdə uyğur, özbək və qırğız əsilli güclərin mövqelərini bombaladı.

Son.az xəbər verir ki, quru əməliyyatı üçün gözlər sentyabrın 7-də Tehranda keçiriləcək Türkiyə-Rusiya-İran zirvəsinə çevrilib.

Quru əməliyyatının keçirilib-keçirilməyəcəyi, yaxud da əməliyyatın gedişatı zirvədə aparılan danışıqların nəticələrindən asılı olacaq. Türkiyə mediasının yazdığına görə, Ankara əməliyyatın keçirilməsinə maneə ola bilməsə, Azad Suriya Ordusunun da hücumda iştirakını istəyəcək.

"IMP News"un Suriyadakı mənbələrinə görə, ümumilikdə, Ankara İdlib əməliyyatı üçün Moskva və Tehrana üç təklif təqdim edib. Rusiya və İran tərəfinin təklifləri qiymətləndirərək cavab verəcəyi bildirilir. Sentyabrın 7-də Tehranda keçiriləcək zirvədə də bu təkliflər müzakirə olunacaq. Xəbərə görə, sözügedən təkliflər aşağıdakıladır.

1. Azad Suriya Ordusu da İdlib əməliyyatında iştirak etməlidir.