Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər


Siyasət 05 Sen 2018 12:59:00 235 0

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edildi. Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilə bağlı Yaponiyanın mövqeyi bizə bəllidir. Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır.