Gedişi qalmaqala səbəb olan aparıcı yenidən ATVyə qayıtdı


Şou-biznes 05 Sen 2018 12:46:00 272 0

Gedişi qalmaqala səbəb olan aparıcı yenidən ATVyə qayıtdı

Tanınmış prodüser, aparıcı Mirsalam Mirsalamov yenidən ATV-də işə başlayıb.  Son.az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı ATV-nin yeni mövsüm çəkilişlərində yer alıb.  sayta özəl açıqlama verən M.Mirsalamov bildirib ki, tezliklə ATV-də aparıcılıq edəcək.  Xatırladaq ki, uzun illər ATV-də baş prodüser vəzifəsini icra edən M.Mirsalamov "Süfrəmiz", "Canlı səs" kimi verilişlərin aparıcısı olub. 2012-ci ildə kanalda rəhbər dəyişikliyi olduğu vaxt o, ATV-dən ayrılıb. Onun şirkətdən gedişi isə həmin dövrdə böyük qalmaqala səbəb olmuşdu. 

Son.az