Özbəkistanda muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək


Digərləri 05 Sen 2018 12:49:38 262 0

Özbəkistanda muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək

Sentyabrın 6-10-da Özbəkistanın Şəhrisəbz şəhərində makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcək.

Bakı. Sentyabrın 6-10-da Özbəkistanın Şəhrisəbz şəhərində makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcək. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri qatılacaqlar. Forumda Azərbaycanı mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.