Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən aclıq aksiyasına başladı


Digərləri 05 Sen 2018 12:20:00 239 0

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən aclıq aksiyasına başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən Məhəmməd Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, istintaq və məhkəmənin ədalətli aparılmamasına etiraz edib və sentyabrın 4-dən aclıq aksiyasına başladığını bildirib. M.Məmmədov məhkəmə zalından çıxarılmasını istəyib. Hakim ona zaldan çıxarılmağa icazə verməyib. Prosesdə dindirilən təqsirləndirilən şəxs həkim Afət Məmmədova özünü hadisədə təqsirli bilməyib və heç kimdən rüşvət almadığını deyib: “Xəstəxanada Mamed dayının oğlunun xahişi ilə ona dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Hadisə vaxtı təkmilləşdirmə kursuna getmişdim. Ora getdiyimdən xəstələrin yanında olmurdum". Təqsirləndirilən T.Məmmədhəsənov və M.Abdullayev indiki mərhələdə ifadə verməkdən imtina edib. Zərərçəkmişin hüquqi varisi kimi tanınan Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib: “Ərim yanğından 3 gün əvvəl orda müalicəyə başlamışdı. Deyirdi qocalmışam, nəvəm olacaq, qoy bu işlərin daşını atım. Özü ilə 400 manat apardı, hadisə baş verəndən sonra pulumu geri qaytardılar”.