Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər


Dünya 05 Sen 2018 12:19:00 296 0

Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər

İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır.

Son.az report-a istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.

Bildirilib ki, təlimlər bir həftə ərzində Rusiyanın Ermənistandakı Kəmxud və Alagəz poliqonlarında keçirilir. Təlimdə motoatıcı, tank, artilleriya, zenit-raket, kəşfiyya mühəndis və rabitə bölükləri iştirak edir.