Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və... Gəncədə DƏHŞƏTLİ OLAY


Digərləri 05 Sen 2018 12:05:00 375 0

Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və...  Gəncədə DƏHŞƏTLİ OLAY

Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Həsən Qurbanov, onun tanışları - 2000-ci il təvəllüdlü Nazim Məmmədov, 1992-ci il təvəllüdlü Arif Məmmədov, 1992-ci il təvəllüdlü Adil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, hadisə 2016-cı il mayın 9-da baş verib. Həmin gün saat 14.00-da Gəncə şəhər sakini Həsən Qurbanov mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Müstəcəb Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Bacısına mesaj yazanı görüşə çağırdı

Məlum olub ki, Müstəcəb tanışlıq münasibətində olduğu Həsən Qurbanovun bacısı Sevdaya Vatsap sosial şəbəkəsi vasitəsilə tanışlıq istəyi məzmununda mesaj göndərib.

Bundan xəbər tutan Həsən Müstəcəblə görüşmək, onunla danışmaq istəyib. Həsən onun bu hərəkətlərinin səbəbini araşdırmaq və münasibətlərinə aydınlıq gətirilməsi üçün görüşə çağırıb.

Məktəbin qarşısında dava

Müstəcəb və Həsən Gəncə şəhərində yerləşən 20 nömrəli tam orta məktəbin qarşısında görüşüblər. Həmin vaxt Həsən oraya tanışları - Nazim Məmmədov, Arif Məmmədov və Adil Babayev ilə birlikdə gəlib.

Mesaj yazmağı baha başa gəldi

Həmin ünvana çatdıqdan sonra Həsən Qurbanov Müstəcəb Əliyevdən bacısına göndərdiyi mesajlarla maraqlanıb. Bu səbəbdən o, Müstəcəb Əliyevin bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə zərbələr endirib. Həmin vaxt Həsən Qurbanovun yanında olan digər tanışları da Müstəcəbi döyüb.

Qətl