Heyvan bazarlarında dezinfeksiyaya başlanılıb FOTO


Digərləri 05 Sen 2018 11:47:00 256 0

Heyvan bazarlarında dezinfeksiyaya başlanılıb  FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb və bununla əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bu müraciətlə əlaqədar Füzuli, Zaqatala, Biləsuvar, Masallı, Şəmkir və Ağsu rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilib.

Dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib. Qeyd edilən rayonların diri heyvan bazarlarında profilaktik dezinfeksiya "Almerdehyde" "Ektosan" və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.


Xəbərə aid fotolar