Ağcabədidə 40 yaşlı kişi toyda öldürüldü


Digərləri 05 Sen 2018 11:11:00 275 0

Ağcabədidə 40 yaşlı kişi toyda öldürüldü

Ağcabədidə qətl hadisəsi törədilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 4-də, gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki "Qızıl Saray" şadlıq evində keçirilən toy məclisində baş verib.

Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə edib. Mübahisə zamanı Q.Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla Z.Sadıqova çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.