Potidə partlayış olub: ölən və yaralılar var


Digərləri 05 Sen 2018 10:49:17 193 0

Potidə partlayış olub: ölən və yaralılar var

Gürcüstanın Poti liman şəhərində partlayış olub.

Bakı. Gürcüstanın Poti liman şəhərində partlayış olub. Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Qumbaranın partlaması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri həmin vaxt yaxınlıqdan keçən yeniyetmədir.