Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb


Siyasət 05 Sen 2018 10:08:20 248 0

Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb

Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir

Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb.

“Report”un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.