Nazrilik şirkətlə bağlı Baş Prokurorluğa müraciət etdi


Digərləri 05 Sen 2018 09:40:00 244 0

Nazrilik şirkətlə bağlı Baş Prokurorluğa müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən "Raqib-FK" MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 kub.m həcmində gilin çıxarıldığı məlum olub.

Faktla bağlı "Raqib-FK" MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.