Hindistanda avtobus mikroavtobusla toqquşub: 9 ölü, 40 yaralı


Dünya 05 Sen 2018 08:19:00 256 0

Hindistanda avtobus mikroavtobusla toqquşub: 9 ölü, 40 yaralı

Hindistanın Uttar-Pradeş ştatında avtobus mikroavtobusla toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində azı 9 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.

Məlumata əsasən, avtobusda toya gedən bir qrup şəxs, mikroavtobusda isə Sasni şəhərindən Aliqarx şəhərinə yollanan sərnişinlər olub.