İçərisində 5 nəfərin olduğu maşın aşıb


Digərləri 05 Sen 2018 07:41:00 244 0

İçərisində 5 nəfərin olduğu maşın aşıb

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, "Niva" markalı avtomobilin rayonun Qaraoğlan kəndi yolunda idarəetmədən çıxaraq aşması nəticəsində 1942-ci il təvəllüdlü Heydərov Sadıq Həmid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin maşının sürücüsü və digər 3 sərnişin yüngül xəsarət alıb.

Maşındakı şəxslər yaxın qohum olublar.

Faktla bağlı araşdırma aparılır.