Karakas metrosunda gediş haqqı 12 min dəfədən çox artacaq


Dünya 05 Sen 2018 07:07:00 238 0

Karakas metrosunda gediş haqqı 12 min dəfədən çox artacaq

Venesuelanın paytaxtı Karakasda sentyabrın 10-dan metro yenidən ödənişli olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ilin sonundan ödənişsiz olan metroda gediş haqqının qiyməti 12,5 min dəfə artacaq.

Metroda gediş biletləri sentyabrın 8-dən satışa çıxarılacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək (50 min köhnə bolivar). 2017-ci ildə biletlərin satışı dayanadırılan müddətə qədər metroda gediş haqqı 4 köhnə bolivar təşkil edirdi.