Avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 05 Sen 2018 07:00:00 259 0

Avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun 1988-ci il təvəllüdlü Şıxsalahlı kənd sakini Paşayev Xəyal İmran oğlu sözügedən kənddə yolu keçərkən onu maşın vurub.

Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.