Ruzini artıran və kasıblığı aradan qaldıran əməllər


Digərləri 04 Sen 2018 23:15:00 469 0

Ruzini artıran və kasıblığı aradan qaldıran əməllər

Əllamə Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə yazır:

Son.az islam.az-a istinadən bildirir ki, İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət edilib ki, bir neçə əməl kasıblığa səbəb olar, bəzi əməllər də ruzini artırar.

Kasıblıq gətirən əməllər bunlardır:

- evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq),

- hamamda çimərkən sidik ifraz etmək,

- cənabətli halda yemək,

- ayaq üstə saç daramaq,

- süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq,

- yalandan and içmək,

- zina etmək,

- acgözlük etmək,

- şam və xüftən namazlarının arasında yatmaq,

- sübhdən sonra, Günəş çıxmazdan əvvəl yatmaq,

- çoxlu yalan danışmaq,

- ğinaya (haram musiqiyə) qulaq asmaq,

- axşam dilənən dilənçiyə heç nə verməmək,

- yaşayış xərcini həddən artıq çoxaltmaq (israf etmək)

- yaxınlarla (qohumlarla) pis rəftar etmək.

Var-dövlətin çoxalmasına səbəb olan əməllər isə aşağıdakılardır:

- sübh namazından və əsr namazından sonra təqibat (dua) oxumaq,

- yaxınlara yaxşılıq və ehsan etmək,

- evin həyətini süpürmək,

- öz malını mömin qardaşlarla bölüşmək,

- səhər tezdən ruzi dalınca getmək,

- çoxlu istiğfar etmək (yəni günahlarını bağışlamaq üçün Allaha yalvarmaq),

- camaatın əmlakına xəyanət etməmək,

- düzgün və haqq söz danışmaq,

- müəzzinin (azan verənin) ardınca azanın sözlərini təkrar etmək,

- ayaqyolunda danışmamaq,

- dünyaya həris olmamaq,