Televizor, mobil telefon, soyuducu


Digərləri 04 Sen 2018 23:05:00 301 0

Televizor, mobil telefon, soyuducu

Azərbaycanda hər evdə rəngli təsvirli televizor var, hətta bəzi evlərdə birdən artıqdır.

Ötən ilin rəsmi statistikasına görə, ölkədə hər 100 ev təsərrüfatına orta hesabla 112 televizor düşür.

Peyk antennası isə kəndlərdə daha çox istifadə olunan vasitədir: hər 100 evə 83 peyk antenası var.

Ölkənin şəhərlərində fərdi kompüteri olanlar kəndlərlə müqayisədə çoxdur: əgər kənddə hər 100 evə 18 şəxsi kompüter düşürsə, şəhərlər üzrə bu rəqəm 24-dür. Ölkə üzrə isə hər 100 ev təsərrüfatına orta hesabla 21.9 kompüter dşüür.

Notbuk və netbukla müqayisədə planşet və cib kompüteri olanlar daha çoxdur: ölkə üzrə hər 100 evin 46.7 planşet və cib kompüteri var.

Mobil telefon sahibi olanlar isə statistikada ön cərgədə gələ bilər: hər 100 evə 239 mobil telefon düşür. Şəhər və kənd yerlərində də, demək olar ki, rəqəmlər arasında böyük fərq yoxdur.

Statistikaya söykənsək, deyə bilərik ki, Azərbaycanda soyuducusuz ev yoxdur. Hər 100 evə 101 soyuducu düşür.

Elə tozsoran, paltaryuyan maşın da evlərdə ən vacib əşyaymış. Statistika Komitəsinin sorğu apardığı evlərin çox azında bu məişət əşyalarına rast gəlinməyib.

Amma bunu kondisionerlə bağlı söyləmək olmaz. Ölkədə hər 100 evə düşən kondisioner sayı 44.5-dir: üstəlik, kənd evlərində şəhərlə müqayisədə təxminən iki dəfə az kondisionerdən istifadə olunur.