Həzrət Zəhranın bu dünyada xüsusən sevdiyi 3 əməl


Digərləri 04 Sen 2018 22:40:00 270 0

Həzrət Zəhranın bu dünyada xüsusən sevdiyi 3 əməl

Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Xanım (s.ə) buyurur: "Sizin dünyanızdan üç şeyin məhəbbəti qəlbimə düşmüşdür: Quran tilavəti, Allah Peyğəmbərinin (s) üzünə baxmaq, Allah yolunda infaq etmək".

Quran tilavəti.

Biz müsəlmanların çox təəssüf ki, ən az diqqət etdiyimiz dəyərli əməllərdən biri Quran tilavətidir. Bu əziz kitabı alırıq və evimizin ən yuxarı yerinə qoyuruq, ancaq çox vaxt onu vərəqləyib oxumuruq. Halbuki, Allah Təala Quranda buyurmuşdur:"Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: "Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır"". ("Yunus" 57-58).

Quran tilavətinin həm dünya və həm də axirət bərəkətləri vardır, o cümlədən: imanın güclənməsi, qəlbin səfası, günahların yüngülləşməsi, mələklərin və peyğəmbərlərin savabından bəhrələnmək, mələklərlə yoldaş olmaq, kamal dərəcəsini keçmək, behiştdə tərəqqi etmək, ruhi xəstəliklərin əlacı, qəm və qüssənin aradan getməsi...

Əziz Peyğəmbərin (s) mübarək üzünə baxmaq.