Peyğəmbərimiz QədirXumda İmam Məhdi barədə nə dedi?


Digərləri 04 Sen 2018 22:45:00 296 0

Peyğəmbərimiz QədirXumda İmam Məhdi barədə nə dedi?

Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə öz məşhur xütbəsini söyləmişdir ki, bu xütbədə İmam Məhdiyə (ə.f) işarə edərək, onu müsəlmanlara tanıtmışdır. Həzrət Peyğəmbər (s) buyurur: "Bu imamət onların arasında qalıcıdır. Onların sonuncusu Məhdidir (ə.f). Agah olun, həqiqətən də axırıncı İmam bizdən olan Qaim Məhdidir (ə.f)".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s), İmamı (ə.f) tanıtmaqda davam edərək buyurmuşdur: "O, bütün dinlərə hakim olacaqdır. Agah olun! Odur zülmkarlardan intiqam alan! Agah olun! O, yer üzərində Allahın vəlisidir. İnsanlar arasında hakimi və aşkar və gizli məsələlərin əmanətdarıdır". (Tebyan)

O zaman ki, Peyğəmbər (s) Qaim Məhdinin (ə.f) adını çəkir, belə görünür ki, artıq hamı onun kim olduğunu bilirdi. Çünki Peyğəmbərimiz (s) 23 illik nübuvvət zamanında onun haqqında çox söhbətlər etmişdi. Həzrət Qədir-Xumda buyurur: "İmamlarımızın (ə.f) sonuncusu vardır ki, siz hamınız (onu) tanıyırsınız. O, Qaim Məhdidir (ə.f) və bizim ailəmizdəndir".