"Əgər mən ağlamağa başlasam, sıravi vətəndaş nə etsin?" Bəhram Bağırzadə FOTO


Digərləri 04 Sen 2018 22:37:00 291 0

"Əgər mən ağlamağa başlasam, sıravi vətəndaş nə etsin?"  Bəhram Bağırzadə  FOTO

Məşhur aktyor: "İndiki zamanda mənim kimi insanlar üçün yaşamaq çətindir"

Azərbaycanın əməkdar artisti, əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun məşhur siması, Rəssamlar İttifaqının, Fotoqraflar Birliyinin, Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor, rejissor, bir sözlə, istedadlı insan Bəhram Bağırzadə sentyabrın 4-də özünün 44-cü ad gününü qeyd edir. O, bu münasibətlə Sputnik Azərbaycan-a müsahibə verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bağırzadəni kədərli və təbəssümsüz sifətlə təsəvvür etmək çox çətindir. Amma, sən demə, onun da elə günləri olurmuş. Lakin onun missiyası insanlara sevinc bəxş etməkdir və bizim qəhrəmanımızda bu həmişə yüz faiz alınır.

Qeyd edək ki, Bəhram Bağırzadə bizim redaksiyaya daxil olan kimi saytımızın bütün oxucuları və izləyiciləri üçün müsabiqə elan etdi. Belə ki, kim Sputnik Azərbaycan-ın saytındakı müsahibəsinin skrinşotunu onun şəkli ilə birlikdə ilk olaraq Bağırzadəyə göndərsə (Instagram vasitəsilə), müəllifin Azərbaycan, rus və ingilis dillərində olan "Bakı uşaqlar üçün" kitabını əldə edə biləcək.

Bunun üçün oxucu özü haqqında məlumatı və şəklini də müəllifə göndərməlidir. Həmin məlumatları göndərmək üçünsə, Bağırzadənin "Instagram" səhifəsinə üzv olmaq lazımdır. Kitabı bizim redaksiyadan da götürmək mümkündür.

- Bəhram müəllim, sizinlə hər bir insan üçün ən qiymətli günlərdən biri olan ad gününüz ərəfəsində görüşmüşük. Özünüzü necə və neçə yaşda hiss edirsiz?

- İnanın, bu, mənim üçün adı günlərdən biridir. Həmin gün mən başqa günlərdə olduğu kimi səhər tezdən yuxudan dururam və ilk növbədə Allahıma şükr edirəm ki, bu gün yuxudan oyanmışam, nəfəs alıram və bu dünyanı görürəm. İkinci planda isə mən hər sentyabrın 4-ü bir dəstə güllə anamın yanına gedir, onu təbrik edir, əllərindən öpür və mənə həyat verdiyi üçün minnətdarlığımı bildirirəm.

Bundan sonra mənim ad günüm iş günü kimi davam edir. Son 25 ildir müstəqil işçi kimi çalışıram. İşləməyi sevirəm və daim Yaradana dua edirəm ki, mənə həmişə hərəkət etmək və işləmək üçün qüvvət versin. Son on ildə mən ad günlərimi məhz belə qeyd edirəm. 17 sentyabrda atamın dünyadan köçməsinin düz 10 ili tamam olur. Onun vəfatından sonra təmtəraqlı və dəbdəbəli tədbirlər keçirmək ürəyimdən gəlmir.

Düzünü desəm, atamın yoxluğunu çox hiss edirəm. Amma bütün bu illər ərzində elə bir günüm olmayıb ki, ona müraciət etməyim. Mən daim ona suallar verirəm, o da onları cavablandırır. Əgər lazımdırsa, məni dayandırır. Hər şeyi onunla razılaşdırıram. Elə bil, o, həmişə öz dəstəyi ilə yanımdadır.

- Bəs yubileyiniz?

- Əgər Allah imkan versə, yubileyimi qeyd edəcəm. Bu vaxt ərzində şəkilli kitab-albom çap etdirməyi düşünürəm. Orada görüşdüyüm, mənə dəstək verən, həyatda kömək edən hər bir şəxsiyyət - istedadlı jurnalist Aqşin Kazımzadədən başlamış Müslüm Maqomayevə qədər hər kəsdən bəhs edəcəyəm. Sizə deyim, mən çox xoşbəxt insanam ki, o cür adamlarla münasibətim olub.

Hələlik bu yaradıcılığa az vaxt ayırıram, günə iki-üç xatirəmi yazıram. Ümumiyyətlə, nəşriyyat sahəsində güclü boşluq var və istəyirəm onu dolduram. Xüsusilə də uşaq ədəbiyyatı və kitabları ilə bağlı. Misal üçün, mənim son kitabım "Bakı uşaqlar üçün" rus dilində, sonra isə Azərbaycan və ingilis dillərində çap olunub. İndi çox istəyirəm ki, uşaqlar üçün etika, estetika, muzeylərdə və teatrlarda davranış barədə yazım. Mən öz uşaqlığımda keçdiyim tərbiyə yolunu, həmin bilikləri indi də gələcək nəslə ötürmək istəyirəm. Ola bilsin, nə vaxtda Bəhram dayı televiziyada uşaqlar üçün veriliş açacaq və orada balacalarla münasibət quracaq (gülümsəyir - K.Ə.).

- Bildiyim qədər, siz daim hərəkətdəsiz. Bütün bu məşğuliyyətlərinizlə yanaşı, bir də kömək etmək və öyrətmək istəyirsiniz. Bəs özünüzə vaxt qalır?


Xəbərə aid fotolar