Hollivud ulduzların kosmetoloqundan dərinin gözəlliyi üçün


Digərləri 04 Sen 2018 22:05:00 290 0

Hollivud ulduzların kosmetoloqundan dərinin gözəlliyi üçün

Cey Lo, Beyons, Riz Uizerspun, Skarlett Yohansson, Mişel Uilyams və bir çox məşhurların həkim dermatoloq-kosmetoloqu Harold Lanser üz, bədən və dəriyə qulluq üçün unikal məsləhətlər verib.

Son.az publika.az-a istinadən oxucuları bu məsləhətlərlə tanış edir. Kosmetoloqun sözlərinə görə, tövsiyələri təbii gözəlliyini qoruyub saxlamağa kömək edir.

1. 60 saniyə

Nəmləndirici vasitəni üzünüzü yuduqdan dərhal sonra sürtün. Artıq 60 saniyədən sonra su üzdə quruyur və nazik təbəqə yaradır. Bu zaman krem dəriyə hopmayacaq, sürüşəcək və dəri nəmi itirməyə başlayacaq.

2. Epilyasiyadan əvvəl içki içməyin

Qəribə səslənir, amma bu, illərin sınanmış təcrübəsidir. Əgər salona baş çəkməzdən əvvəl bir qədəh şərab və ya kokteyl içsəniz, proses daha ağrılı və az səmərəli olacaq.

3. Dişlərinizi sıxmayın

Çənənizi qeyri-ixtiyari sıxaraq, özünüzə bir neçə zərər verirsiniz: həm diş minasını korlayır, həm ağız guşələrinin kənarlarında qırışlar əmələ gəlir, həm də zamanla üzün oval forması pozulur. Əgər siz yuxuda dişlərini qıcırdatırsınızsa, dişlərinizə boksçulara xas xüsusi yumşaq silikon qapaq qoyun. Tədricən vərdiş yox olur!

4. Saçları çimməzdən əvvəl isladın

Dənizə baş vurmazdan və ya hovuza tullanmazdan əvvəl saçlarınızı içməli su ilə isladın. O saçların arasındakı boşluğu dolduracaq, duz və ya xlor artıq oraya daxil ola bilməyəcək.

5. Xama kremdən effektlidir

Xamanın tərkibində dərini yumşaltmaq və sərinləşdirmək üçün kifayət qədər yağ və turş süd komponentləri var. Xamanı çəkib 20 dəqiqə saxlayın, soyuq və ya sərin su ilə yuyun.

6. Pambıq disklər almayın

Əgər siz tonal kremi barmaqlarınızla (nahaq yerə, ən yaxşısı budur) vurmaq istəmirsinizsə, ya sıx fırça, ya da nəm süngər istifadə edin. Eyni qayda tonik üçün də keçərlidir. Ovcunuza bir damcı tonik əlavə edib üzünüzü silin. Pambıq məhsulunu özünə çəkir. Beləliklə də kremi boş yerə xərcləyirsiniz.

7. Baza olaraq praymer istifadə edin

Neytral kimyəvi quruluşa malik olan baza tonal kremin üzü qurutmasının və donuqlaşdırmasının qarşısını alacaq. Əgər dəri yağlıdırsa, praymer məsamələrin tonal kremlə dolmasına imkan verməyəcək və sızanaqların yaranma riski az olacaq.