Cənnətdə hər kəsin öz evi olacaqmı?


Digərləri 04 Sen 2018 21:55:00 257 0

Cənnətdə hər kəsin öz evi olacaqmı?

Cənnətdə hər kəsin öz evi (evləri) olacaq, hamı bir yerdə yaşamayacaq. Bir gün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdilər: "Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıl­dan. Onun (divarlarının) malası xoş ətirli müşkdən­dir. Onun çınqılları mir­varidən və yaqutdan, torpağı isə zəfəran­dandır. Ora daxil olan ne­mət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəl­məz və qocalmaz". (ət-Tirmizi, 2526, 2717). Son.az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həmçinin demişdir: "Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: "İstədiyini arzu et!" - deyilməsidir. O da istədiyi qədər arzulayacaq. Sonra ona: "Arzuladıqların bitdimi?" - deyiləcək. O: "Bəli!" - deyə cavab verdikdə ona: "Bunları da istə!" - deyə xatırladacaq. İstədikləri qurtardıqdan son­ra Allah: "İstədik­lərinin hamısı və onların on misli də sənin­dir!" - deyəcək. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sonra adam Cənnətdəki evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: "Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!" Həmin adam deyəcək: "Mənə verilən nemət qədər heç bir kəsə verilməmişdir". (Muslim, 311). Son.az