Suriya İsrail təyyarələrinin hücumunu dəf etdi


Dünya 04 Sen 2018 21:56:00 310 0

Suriya İsrail təyyarələrinin hücumunu dəf etdi

Suriyanın hava hücumundan müdafiə sistemi İsrail təyyarələrinin buraxdığı raketləri zərərsizləşdirə bilib.

Son.az oxu.az-a istinadən bildirir ki, təyyarələr Suriyanın hava məkanına Beyrut istiqamətindən daxil olublar və şimala doğru uçublar.

Təyyarələr Tartus və Xama əyalətlərindəki hərbi obyektlərə zərbələr endiriblər.