Braziliyada ən qədim qadının kəllə sümüyü tapılıb


Digərləri 04 Sen 2018 21:31:00 295 0

Braziliyada ən qədim qadının kəllə sümüyü tapılıb

Bir neçə gün əvvəl yanmış Braziliya Milli Muzeyinin qalıqları arasında Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb.

Son.az "Report"a istinadən bildirir ki, Luziya adı verilən qadının kəllə sümüyü Rio-de-Janeyro şəhərində  yanğınsöndürənlər tərəfindən başqa arxeoloji qalıqların saxlandığı otağın döşəməsi üstündə aşkarlanıb.

Yaşı 11 min ildən artıq olan tapıntı 1974-cü ildə Minas Jerais ştatındakı Lapa Vermella mağarasında braziliyalı və fransalı arxeoloqlar tərəfindən tapılmışdı. Luziyanın qitənin ilk sakinlərindən olduğu ehtimal edilir. Onun sümüyü Braziliya Milli Muzeyinin ən dəyərli eksponatlarından biri sayılırdı.