İmam Əli barədə müsəlman olmayan filosofların dedikləri


Digərləri 04 Sen 2018 21:20:00 253 0

İmam Əli barədə müsəlman olmayan filosofların dedikləri

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) elə bir dahi şəxsiyyətdir ki, onu nəinki Əhli-Beyt (ə) davamçıları, hətta müsəlman olmayan insanlar belə mədh edirlər. İmam (ə) haqqında müsəlman olmayan filosofların nəzərini eşidək.

Cubran Xəlil Cubran

Xristian dinində olan bu alim İmam Əli (ə) haqqında deyir: "Mənim əqidəmə görə, Əli ibn Əbutalib (ə) ərəb qövmündən olan ilk insandır ki, bütün kamal sifətlərini özündə cəm etmişdir. Hər kim Əlinin (ə) yolunu bəyənər, sağlam ağıla qayıtmış olar. Əks halda cahiliyyəti seçmiş olar. İki tayfa onun yolunun vurğunu idilər. Biri pak qəlbli aqillər idi, o birisi isə gözəl zövqə malik olan pak təbiətli insanlar. Əli ibn Əbutalib (ə) şəhadətin əzəmətinə çatdı. O, dünyadan o halda getdi ki, namaz dilindən axır və qəlbi Allah şövqü ilə dolu idi. Ərəblər onun məqamının həqiqətini dərk etmədilər".

Şəbəli Şamil.

1335-ci Hicri ilində dünyasını dəyişmiş böyük alimlərdəndir. O, Darvin məktəbinin şagirdi olmuşdur, ancaq sonralar, bu əqidəyə qarşı çıxıb, İlahi yolu seçmişdir. İmam Əli (ə) haqqında deyir: "İnsanların rəhbəri və İmamı olan Əli ibn Əbutalib (ə) dahilərin dahisi və Peyğəmbərə (s) bağlı olan tək insan idi. Şərqin və Qərbin insanları heç bir zaman onun kimisini görməyib və görməyəcəkdir də".

Mixayil Nime.