OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar FOTO


Siyasət 04 Sen 2018 21:22:00 345 0

OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın  görməli yerləri ilə tanış olublar  FOTO

Sentyabrın 4-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin görməli yerləri ilə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin Ərq meydanının yaxınlığında Tehran sədləri arasında yerləşən və Qacarlar sülaləsi dövrünə aid Gülüstan sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Məlumat verilib ki, XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən inşa olunan saraydan sonralar Qacarlar sülaləsi iqamətgah kimi istifadə edib. Pəhləvilər sülaləsi dövründə mühüm mərasimlərin keçirildiyi saray hazırda muzey kimi fəaliyyət göstərir. Həmin gün AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov ilə İranın Mehr xəbər agentliyinin baş direktoru Əli Əsğəri arasında görüş olub. Görüşdə agentliklər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Baş direktor Əli Əsğəri bildirib ki, agentlik öz internet saytında Azərbaycan dili bölməsi yaratmaq niyyətindədir. Əli Əsğərinin təşəbbüsünü yüksək qiymətləndirən Aslan Aslanov bu işdə Mehr xəbər agentliyinə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.


Xəbərə aid fotolar