Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər


Digərləri 04 Sen 2018 21:24:00 223 0

Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər

Azərbaycan-İran müştərək müəssisəsi olan "Xəzər" avtomobil zavodu istehsal etdiyi avtomobilləri 2019-cu ildə MDB ölkələrinə ixrac etməyi planlaşdırır.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu "AzerMash" avtomobil şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva bildirib.

"Khazar" brendi altında avtomobillər 2018-ci ilin mart aytında istehsal olunmağa başlayıb. Artıq 300-də çox avtomobil istehsal olunub.