Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib VİDEO


Digərləri 04 Sen 2018 21:12:00 207 0

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib  VİDEO

Bakıda taksiyə müştəri kimi əyləşən şəxslər gedəcəkləri ünvana çatanda sürücüyə qarşı ağır cinayət törədiblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Ələkbər Rəcəbovun taksi xidməti göstərdiyi avtomobilə sərnişin qismində oturub, Qala qəsəbəsinə gedəcəklərini bildiriblər. Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib, 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alaraq hadisə yerindən qaçıblar. Xəzər rayon polis idarəsinin əməliyyatçıları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurovu Qala qəsəbəsi ərazisində saxlayıblar. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.