Məhərrəm ayı ilə bağlı fətva verildi VİDEO


Digərləri 04 Sen 2018 21:16:00 260 0

Məhərrəm ayı ilə bağlı fətva verildi  VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu il Məhərrəm ayı sentyabrin 11-nə, aşura günü isə sentyabrin 20-nə təsadüf edəcək.

Məhərrəm ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçirilən toplantıda çıxış edən şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda aşura günü müyyən edilmiş qaydalar çərçivəsində keçirilir.

Tədbirdə bildirilib ki, Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə ehtiyacı olanlara qan verilməsi ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Bu il də məscidlərdə və ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində qanvermə aksiyaları həyata keçiriləcək. Şeyxülislam Hacı Allahşükür Paşazadə onu da bildirib ki, qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olunmayacaq.