"Total" “Abşeron” yatağından ilk qazın alınacağı tarix barədə


Digərləri 04 Sen 2018 21:18:00 316 0

"Total" “Abşeron” yatağından ilk qazın alınacağı tarix barədə

"Abşeron" yatağından ilk qazı 2020-ci ilin üçüncü rübündə əldə etmək planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yatağın işlənməsi üzrə operator "Total" (Fransa) şirkətindən bildiriblər.

Qeyd olunur ki, yatağın işlənməsinin birinci mərhələsi üzrə işlər davam edir:

"Birinci qiymətləndirmə quyusunun qazılması bu ilin fevralında başlayıb və 2019-cu ilin ortalarında başa çatacaq. Ətraflı injinirinq avqustda başlayıb. İlk qazın isə 2020-ci ilin üçüncü rübündə əldə olunması planlaşdırılır".

Şirkətdən bildiriblər ki, birinci mərhələ "erkən istehsal sxemi"nə əsaslanıb: