Xərçəng xəstəliyindən necə qorunmaq olar?


Digərləri 04 Sen 2018 21:05:00 296 0

Xərçəng xəstəliyindən necə qorunmaq olar?

Dünyanın ən dəhşətli xəstəliklərindən biri olan xərçəng xəstəliyini bir çoxları sağalmaz, müalicəsi mümkün olmayan bir xəstəlik - bəla olaraq qəbul edirlər.

Halbuki xərçəng zamanında aşkarlansa, müalicə oluna bilər. Bunun üçün isə insanlar müntəzəm olaraq müəyyən vaxtdan bir müayinə olunmalı, həkimlərin məsləhətlərinə əməl etməli, qidalarına və gündəlik olaraq məişətdə istifadə etdikəri əşyalara diqqət etməlidirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəzən insanlar səhhətində baş verən adi dəyişikliklərə əhəmiyyət vermirlər. Hərçənd ki, bu əlamətlər xərçəng xəstəliyinin göstəriciləri ola bilər. Zamanında tibbi müayinədən keçməklə isə insanlar öz həyatlarını xilas edə, ömürlərini uzada bilərlər.

Qəfildən iştahın itməsi və çəki itkisi mədəaltı vəzi, mədə, boğaz xərçəngi və ağciyər xərçənginin əlaməti ola bilər.

37.6 və 38.2 dərəcə bədən temperaturu isə müxtəlif infeksiya yoluxmaları ilə bərabər, qan xərçənginin göstəricilərindəndir.

Dəridə sağalmayan yaralar, asimmetrik və qeyri-adi rənglərdə olan ləkələr dəri xərçəngindən xəbər verə bilər.