Azərbaycanda 15 adda qida, 50 adda dərmanın


Digərləri 04 Sen 2018 21:07:00 247 0

Azərbaycanda 15 adda qida, 50 adda dərmanın

Qida Təhlükəsizliyi Agentliyi 50 adda qida əlavəsi, 15 adda isə kosmetik məhsulun ölkəyə gətirilməsinə qadağa qoyub. Səbəb isə həmin dərman və məhsulların tərkibinin göstərildiyi kimi olmaması və insan sağlamlığına təhlükə mənbəyi hesab olunmasıdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında belə qərar verib.

Bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun, əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Qərara əsasən həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edib. Bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.